AZPROMO sahibkarlara müraciət edib
-a bildirilib ki, ixracın şaxələndirilməsi, ixrac potensialının artırılması, satış üçün yeni bazarların araşdırılması istiqamətində dövlətimizin başçısının tapşırıqlarından irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində tədbirləri davam etdirirlər. Kənd təsərrüfatı məhsulları ixracında xüsusi çəkisi olan pomidorun xarici bazarlara çıxarılmasına dəstəyin göstərilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən və ixracda maraqlı olan sahibkarların AZPROMO-ya müraciət etməsi tövsiyə olunur.
Azvision.az
Teqlər: AZPROMO