Şimali Koreya ABŞ-ı vuracaq
“Bu andan etibarən Koreya ordusu, bütün silahlı birləşmələr yaxın və uzaq mənzilli raketlər döyüşə hazır vəziyyətə gətiriləcək. Bütün silahlar hədəfə doğru yönəldiləcək. Hədəf isə ABŞ-ın hərbi bazalarıdır.”-deyə Şimali Koreyanın KCNA xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, Rəsmi Pxenyan ABŞ-ı və Cənubi Koreyanı nüvə hücumu ilə də hədələyib. ABŞ-ı Şimali Koreyaya qarşı müharibəyə hazırlaşmaqda günahlandıran Pxenyan, analoji qərarının Vaşınqtonun bu addımına cavab olduğunu bildirib.
Cənubi Koreya və Birləşmiş Ştatlar isə öz növbəsində aprel ayının sonuna kimi hərbi təlimlər keçirəcəklərini bildiriblər. Təlimlər çərçivəsində ABŞ-ın B-52 qırıcıları Şimal Koreya yarımadası üzərindən uçublar.
AzVision.az
Teqlər: