"Tibb işçiləri iki həftə ərzində peyvənd olunacaq" - TƏBİB sədri

 "Tibb işçiləri iki həftə ərzində peyvənd olunacaq" -  TƏBİB sədri
  22 Yanvar 2021    Oxunub:1999
“Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya başlanılıb və qarşıdakı iki həftə ərzində tibbi işçilərimizin peyvənd olunması prosesi başa çatacaq”.
Azvision.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, daha sonra 65 yaşdan yuxarı vətəndaşların peyvənd olacaqlar:

“Risk qrupuna aid vətəndaşlar başda olmaqla, bütün əhali mərhələli şəkildə vaksinasiyada iştirak edəcəklər. İlkin olaraq risk qrupları, ikinci mərhələdə isə 50 yaşdan yuxarı insanların peyvənd olunması nəzərdə tutulur. Nəticədə biz xəstəxanalarda olan  aktiv xəstələrin sayında azalmaya nail ola bilərik. Xəstəxanalarda müalicə alanların 70-75 faizi 50 yaşdan yuxarı şəxslərdir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Peyvənd  





Xəbər lenti