Baydenin impiçmenti Nümayəndələr Palatasına təqdim edilib

 Baydenin impiçmenti Nümayəndələr Palatasına təqdim edilib
  22 Yanvar 2021    Oxunub:1661
ABŞ Konqresinin Nümayəndələr Palatasına Prezident Cozef Baydenə qarşı impiçment maddələri təqdim edilib.
Azvision.az “The Hill”ə istinadla xəbər verir ki, müvafiq qətnamə layihəsinin müəllifi Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrindir (Corciya ştatından Respublika partiyasının üzvü).

O, "Twitter” hesabında yazıb ki, Bayden oğlu Hanteri problemdən qurtarmaq və “ailənin ciblərini xarici enerji şirkətlərindən gələn çirkli pullarla doldurmaq üçün hər şey edir.

Konqresmenə görə, Amerika lideri oğluna "ABŞ-ın ən böyük düşmənlərindən - Rusiya və Çindən pul çəkməyə" icazə verərkən səlahiyyətlərindən sui-istifadə edib.

Onun Baydenin impiçmentinə dair qərar layihəsini qanunverici orqana təqdim etmək niyyəti 13 yanvar tarixində məlum olub. Sonra, ittiham olaraq, Baydenin ABŞ-ın vitse-prezidenti kimi "səlahiyyətdən sui-istifadə etməsini" və "Ukrayna əlaqələri"ni xatırladıb.

Lakin impiçment məsələsi respublikaçılar arasında ciddi dəstəyə malik deyil. Buna görə konqresmenlərin bu qətnaməyə baxacaqları məlum deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti