"Azərbaycan Qoşulmama Hərəkatına parlaq sədrlik edir" - Berdiməhəmmədov
İki dövlətin beynəlxalq təşkilatlarda da fəal və səmərəli qarşılıqlı fəaliyyətini xüsusi qeyd edən Qurbanqulu Berdiməhəmmədov bildirib: “Türkmənistan onun beynəlxalq təşəbbüslərinin daim dəstəklənməsinə və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qətnamələrinin Türkmənistan tərəfindən irəli sürülmüş bir sıra layihələrinin həmmüəllifi kimi Azərbaycana təşəkkürünü bildirir. Öz növbəmdə mən də Türkmənistanın Azərbaycanın beynəlxalq qurumlarda irəli sürdüyü təşəbbüsləri və təklifləri dəstəkləməyə hazır olduğunu təsdiq edirəm. Bu kontekstdə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatında parlaq sədrliyini qeyd etmək istərdim. Bu, Azərbaycanın və onun rəhbərliyinin yüksək nüfuzunu təsdiq etdi”.
Azvision.az
Teqlər: Türkmənistan Prezident