"Şagirdlərimizin yarım ildə yaxşı öyrənmədiklərini bilirik" - Şöbə müdiri

"Şagirdlərimizin yarım ildə yaxşı öyrənmədiklərini bilirik" -  Şöbə müdiri
  21 Yanvar 2021    Oxunub:1911
Əgər təhsilimiz distant formada keçibsə, qiymətləndirmənin də distant formada keçirilməsi labüddür. Şagirdlərimizin yarım il ərzində güclü irəliləyişi olmadığını, yaxşı öyrənmədiklərini bilirik. Lakin qiymətləndirmə bizim onların nəyi bilmədikləri, bizim nəyi necə öyrətmədiyimiz üçün vacibdir.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə danışarkən deyib. Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmə gözlənilməz olmayıb.

“Uşaqlaırn biliklərinin qiymətləndirilməsi o anlama gəlmir ki, onlardan yüksək nəticə gözləyirik. Bütün dünyada təhsillə bağlı göstəricilər aşağı düşüb. Biz nə ilə qarşılaşacağımızı bilirik. Lakin bunu ölçmək üçün qiymətləndirmə vacibdir. Qiymətləmndirmə hər bir akademik öyrənmənin göstəricinin nəticəsidir, bu, imtahan deyil”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qiymətləndirmə   Şagird   Məktəb  





Xəbər lenti