Sabahdan ov mövsümü başlayır

Sabahdan ov mövsümü başlayır
  21 Yanvar 2021    Oxunub:905
Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və ov mövsümünün açıq elan edilməsinə qərar verilib.
Azvision.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib. O bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələrinin təmsil olunduğu iclasda Şura üzvlərinin yekdil fikri ilə ov mövsümünün 22 yanvar 2021-ci il tarixindən etibarən açılması qərara alınıb.

Azvision.az



Teqlər: Ovmövsümü  





Xəbər lenti