Bir ildə 240 nəfər dəm qazından zəhərlənib

 Bir ildə 240 nəfər dəm qazından zəhərlənib
  21 Yanvar 2021    Oxunub:1700
Ötən il Azərbaycanda 240 nəfər dəm qazından zəhərlənib. Onlardan 12 nəfəri uşaq olub.

Bunu Azvision.az -a Kliniki Tibbi Mərkəzinin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib.
O bildirib ki, bu ilin 20 günü ərzində mərkəzə 36 müraciət daxil olub.

"Onlardan 32 nəfəri müalicə üçün qəbul edilib. Müraciət edənlərin 16 nəfəri dəm qazından zəhərlənmə nəticəsində koma vəziyyətində olub. Zəhərlənənlərin hamısı müalicə edilərək evə buraxılıb”.



A.Maqsudov qeyd edib ki, qış fəslində ən çox narahatlıq doğuran məqamlardan biri dəm qazı ilə zəhərlənmə hallarıdır.

"Zəhərlənmə əlamətləri başağrısı, başgicəllənmə, ürəkbulanma və halsızlıqdır. Zəhərlənmə zamanı huşun və özünüidarəetmənin itirilməsi baş verir. Zəhərlənmə zamanı düzgün ilkin yardım göstərilməlidir. Zərərçəkənin ürəkdöyünməsi dayandığı halda ona süni nəfəs vermək və təcili tibbi yardım gələnə qədər ürək masajı etmək lazımdır. Bundan başqa ona isti çay və ya qəhvə vermək də tövsiyə olunur".

Aytən Zəhra
Azvision.az



Teqlər: Dəm-qazı   Zəhərlənmə  





Xəbər lenti