Ölkə əhalisinin sayı açıqlandı

   Ölkə əhalisinin sayı açıqlandı
  21 Yanvar 2021    Oxunub:8204
Ölkə əhalisinin sayı ilin əvvəlindən 56292 nəfər və ya 0,6 faiz artaraq 2020-ci il dekabr ayının 1-i vəziyyətinə 10123400 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.

Azvision.az


Teqlər: Əhali   Azərbaycan  





Xəbər lenti