İndiyədək “YAŞAT”a daxil olan vəsait açıqlandı

   İndiyədək “YAŞAT”a daxil olan vəsait açıqlandı
  19 Yanvar 2021    Oxunub:2551
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb.

Azvision.az xəbər verir ki, indiyədək fondda 26 951 257,39 manat toplanıb.
Həmin vəsaitdən 15 906 566,79 manat fiziki şəxslər, 11 044 690,6 manat isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 1 217 285, 99 manatı xərclənib. Vəsaitin qalığı isə 25 733 971,4 manatdır.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: YAŞAT   Fond   Vəsait  





Xəbər lenti