Qarabağ Dirçəliş Fondu marafonlar təşkil edəcək

Qarabağ Dirçəliş Fondu marafonlar təşkil edəcək
  19 Yanvar 2021    Oxunub:1424
Qarabağ Dirçəliş Fondu vəsait toplanması məqsədilə marafonlar təşkil edəcək.
Azvision.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə əksini tapıb.

Sənədə əsasən, fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər, o cümlədən vəsait toplanması məqsədilə marafonlar təşkil etmək Fondun hüquqları sırasına daxil edilib.

Azvision.az


Teqlər: Qarabağ   Dirçəliş   Fond   Marafon  





Xəbər lenti