Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri açıqlandı - SİYAHI

 Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri açıqlandı -   SİYAHI
  19 Yanvar 2021    Oxunub:1791
Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşib.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda qeyd olunub.

Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. müvafiq sahənin inkişafını təmin etmək;

2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

4. işğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf işinin həyata keçirilməsinə maliyyə dəstəyi göstərmək;

5. işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və dayanıqlı inkişafı üçün sərmayələrin cəlb olunması, habelə bu istiqamətdə fəaliyyətin effektiv təşkili məqsədilə təbliğat-təşviqat və maarifləndirmə işi aparmaq;

6. işğaldan azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf məqsədlərinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində təmin edilməsi istiqamətində işləri təşviq etmək;

7. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Azvision.az


Teqlər: Qarabağ   Dirçəliş   Fond  





Xəbər lenti