Vaksinin hansı əlavə təsirləri ola bilər? - VİDEO

  18 Yanvar 2021    Oxunub : 7346
   Vaksinin hansı əlavə təsirləri ola bilər? -    VİDEO
Hər bir vaksinin əlavə təsiri var. Bizim COVID-19-a qarşı ilkin mərhələdə seçdiyimiz inaktiv vaksinlərin əlavə təsirləri daha azdır. Bu əlavə təsirlər baş ağrısı, yüngül qızdırma, bəzən isə halsızlıq ola bilər.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Xəzər TV-yə müsahibəsində deyib.



Onun sözlərinə görə, Azərbaycanda istifadə edilən vaksinlər Türkiyədə 1 milyondan çox həkimə vurulub və heç bir əks təsir aşkar olunmayıb:

“Hər bir vaksin laboratoriya sınaqlarından sonra qəbul edilir. Ölkəmizə gətirilən vaksin seriyası da Türkiyə Səhiyyə Nazirliyinin Əczaçılıq Qurumunun laboratoriyalarında iki həftəlik analiz proseslərindən keçib. Əlimizdə onların bütün analizlərdən uğurla keçməsi barədə rəsmi məlumatlar var. Anlaşmaya uyğun olaraq, bundan sonrakı vaksin partiyaları da belə gətiriləcək”.

TƏBİB sədri əlavə edib, hər bri şəxs vaksinasiya olduqdan sonra 30 dəqiqə ərzində müşahidə altında saxlanılır, üstəlik əks təsirlər barədə onlara verilən məlumat kitabçasından istifadə etməklə ərazi üzrə poliklinikalara müraciət edə bilərlər.

Azvision.az

Teqlər: TƏBİB   Koronavirus   Vaksin