Nazir qeyd edib ki, ölkəmizdə cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə davam etdirilib, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 8 fakt azalaraq 257 olub.
İlin ilk rübündə qeydə alınmış cinayətlərin sayı açıqlanıb |
Məruzəçi "102" Xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə 2.288 cinayətin «isti izlər»lə, eləcə də "Təhlükəsiz şəhər" sisteminin imkanları ilə 477 cinayətin açıldığını, axtarışda olan 94 avtomobilin saxlanıldığını vurğulayıb.
Nazir qeyd edib ki, hesabat ilində həyata keçirilən operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 161 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qanunsuz dövriyyədən 1 ton 873 kiloqram narkotik vasitə çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.
Azvision.az