Vətən müharibəsində Daxili Qoşunların 65 hərbçisi şəhid olub

   Vətən müharibəsində Daxili Qoşunların 65 hərbçisi şəhid olub
  18 Yanvar 2021    Oxunub:2858
Vətən müharibəsində Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının sayı açıqlanıb.
Azvision.az -ın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov nazirlikdə keçirilən kollegiya iclasında bildirib ki, ötən il özünün bütün çətinlik və problemlərinə baxmayaraq, ölkəmiz üçün ən uğurlu illərdən biri olub.

“Uzun illər işğal altında qalan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən düşməndən azad edilib, tarixi ədalət bərpa olunub. Bu döyüşlərdə Daxili Qoşunların yüzlərlə hərbi qulluqçusu da iştirak edərək cəsarət və igidlik nümunələri göstərib, onlardan 65 nəfəri şəhid olub, 347 nəfəri yaralanıb”, - deyə nazir qeyd edib.

Azvision.az


Teqlər: DİN   Nazir  





Xəbər lenti