Mərkəzi Afrikada dövlət çevrilişi baş verdi

Mərkəzi Afrikada dövlət çevrilişi baş verdi
  26 Mart 2013    Oxunub:1652
Prezident ölkədən qaçıb.
Prezident Fransua Bozize ölkədən qaçaraq, Kamerunda sığınacaq tapıb. Üsyançılarla döyüşlərdə beynəlxalq qüvvələrin tərkibində olan Cənubi Afrika hərbçilərindən 13-ü həlak olub. Üsyançıların lideri Mişel Cotodiya artıq özünü prezident elan edib.

O, bəyan edib ki, hazırki baş nazirin rəhbərlik etdiyi koalisiya hökumətini saxlayacaq. Lakin beynəlxalq ictimaiyyət Mərkəzi Afrika Respublikasının yeni hakimiyyətini tanımır.

Afrika Birliyi bu ölkəni üzvlükdən çıxarıb. Fransa isə orada yaşayan vətəndaşlarını və hava limanına nəzarəti qorumaq üçün 300 hərbçi göndərib.


Teqlər:





Xəbər lenti