TƏBİB-dən vaksinlə bağlı əhaliyə müraciət

TƏBİB-dən vaksinlə bağlı əhaliyə müraciət
  18 Yanvar 2021    Oxunub:1599
Peyvənd vasitəsilə insan orqanizmində virusa qarşı qoruyuculuq yaranacaq və biz bununla özümüzü müdafiə edəcəyik.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksionist xəstəliklər üzrə işçi qrupunun üzvü Turan İbrahimov deyib. Onun sözlərinə görə, vaksin könüllü şəkildə vurulacaq.

TƏBİB rəsmisi vətəndaşlara müraciət edərək bildirib: “İnsanlarımıza səslənmək istəyərdik ki, biz pandemiyanın əziyyətini çəkdik və normal həyatımıza qayıtmaq üçün əsas şərtlərdən biri də əhalinin vaksin olunmasıdır. Vaksin 2 dozada vurulur, birinci dozadan 3-4 həftə sonra ikinci doza tətbiq olunur”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vaksin   Koronavirus  





Xəbər lenti