Ötən il sosial ödənişlərə 5,7 milyard manat xərclənib

Ötən il sosial ödənişlərə 5,7 milyard manat xərclənib
  18 Yanvar 2021    Oxunub:1287
“2020-ci ildə sosial təminat növləri üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20% və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat, o cümlədən pensiya üzrə 20%, Prezidentin təqaüdü və müavinət üzrə 18%, ünvanlı sosial yardım üzrə 41% çox vəsait yönəldilib”.
Azvision.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov 2020-ci ildə sosial sahədə aparılmış işlər və nəticələrinə dair mətbuat konfransında deyib.

Nazir müavini dövlət başçısının Fərmanları ilə şəhid ailələri və müharibə iştirakçılarına növbəti dəstək kimi cari ilin əvvəlindən onlara yönələn təqaüdlərin əhəmiyyətli dərəcədə artırıldığını, yeni təqaüd növlərinin təsis edildiyini, 100 minədək insanın bu təqaüdlərlə əhatə olunduğunu qeyd edib.

O, ötən il sosial ödənişlərin davamlılığının təmin olunduğunu, ünvanlı sosial yardım proqramının genişləndiyini, bu proqrama əlçatanlığın artırıldığını və proqramın şərtlərinin yumşaldıldığını bildirib.

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN   Nazir-müavini  





Xəbər lenti