Batan gəmidə 4 meyit tapıldı, 6 nəfər xilas edildi - YENİLƏNİB

Batan gəmidə 4 meyit tapıldı, 6 nəfər xilas edildi -  YENİLƏNİB
  17 Yanvar 2021    Oxunub:3194
Qara dənizdə batan Rusiya bayraqlı “Arvin” yük gəmisinin ekipaj üzvlərindən 6 nəfər xilas edilib, dörd nəfərin cəsədi tapılıb.

Azvision.az xəbər verir ki, Bartın limanındakı gəmilər və Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin heyəti axtarış-xilasetmə işlərini davam etdirir.
Türkiyə Milli Müdafiə Nazirliyi kömək üçün kater göndərib.

Bartın valisi Sinan Güner bildirib ki, “Arvin” Gürcüstandan Bolqarıstana yük daşıyırmış. Gəmidə 12 nəfərin olduğu bildirilir.

İlkin məlumata görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub. Hazırda Qara dənizdə fırtınalı hava hökm sürür.

***
(15:35)

Qara dənizin Türkiyə hissəsində, Bartın bölgəsindəki İnkumu sahillərində Rusiyanın yük gəmisi batıb.

Azvision.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bartın vilayətinin valisi Sinan Güner 13 nəfərdən ibarət ekipaj üzvlərini xilas etmək üçün əməliyyat aparıldığı bildirib. Pis hava şəraiti axtarış və xilasetmə işlərini çətinləşdirib.

Son məlumatlara görə, “Arvin” adlı yük gəmisindəki ekipaj üzvlərindən dördünün cəsədi tapılıb, altı nəfər isə xilas edilib. Gəminin batmasına əlverişsiz hava şəraiti səbəb olub.

Hazırda Bartın limanındakı gəmilər və Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) heyəti axtarış-xilasetmə işlərini davam etdirir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   gəmi   Türkiyə  





Xəbər lenti