“Peyvənd olunan insanlar xəstələnməyəcək” - Almaniyalı nazir

“Peyvənd olunan insanlar xəstələnməyəcək” -  Almaniyalı nazir
  17 Yanvar 2021    Oxunub:1570
"Koronavirus əleyhinə peyvənd olunan və immunitet qazanan vətəndaşlar ictimai həyata qayıtmalıdırlar".
Azvision.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas deyib.

"Hesab edirəm ki, peyvənd olunan insanlar yenidən əsas hüquqlarından istifadə edə bilməlidirlər. Əgər restoranda və ya kinoteatrda yalnız peyvəndlənmiş insanlar olarsa, onlar bir-birlərinə zərər vurmayacaqlar".

XİN rəhbəri bu cür insanların xəstələnməyəcəyini deyib, onların reanimasiya şöbələrinə yerləşdirilməsinə, tənəffüs aparatlarına bağlanmasına ehtiyac olmadığını əlavə edib.

Qeyd edək ki, Almaniyada bir milyon insan peyvənd olunub. Ölkədə dekabrın 16-dan etibarən sərt karantin rejimi tətbiq edilir. Ərzaq mağazaları istisna olmaqla bütün obyektlər bağlıdır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Almaniya   Peyvənd  





Xəbər lenti