“Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək” - Ərdoğan

“Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək” -   Ərdoğan
  16 Yanvar 2021    Oxunub:2429
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.
Azvision.az xəbər verir ki, Türkiyə lideri bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında deyib.

Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb.

Azvision.az


Teqlər: Ərdoğan   Türkiyə   Prezident  





Xəbər lenti