FHN Fransa səfirliyini yoxlayacaq

FHN Fransa səfirliyini yoxlayacaq
  14 Fevral 2014    Oxunub:1426
Fransanın Bakıdakı səfirliyinin inzibati binasında taktiki-xüsusi təlim keçiriləcək
Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 7 ünvanında yerləşən inzibati binasında Fövqəladə Hallar Nazirliyinin qurumlarının iştirakı ilə taktiki-xüsusi təlim keçiriləcək. Təlimin saat 15.00-da başlanması nəzərdə tutulur.

AzVision.az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd Fransa səfirliyinin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, səfirlik əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin səfirliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində peşəkarlığının daha da artırılmasından ibarətdir.


Teqlər:





Xəbər lenti