Misir Mərdanov namizəd oldu - ÖZƏL

Misir Mərdanov namizəd oldu - ÖZƏL
  13 Fevral 2014    Oxunub:1615
AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

Akademiyadan AzVision.az-a verilən məlumata görə, tədbirdə gündəlikdə duran məsələlər müzakirə edilib, təklif və tövsiyələr səsləndirilib.

İclasda bundan başqa, elmər doktoru üzrə 4 nəfər, fəlsəfə doktoru üzrə isə 8 nəfər dissertanturaya qəbul edilib.

Elmi Şura üzvləri elmi müəssisələrin direktorları vəzifəsinə keçirilən seçkilərdə öz namizədlərini irəli sürüblər.

Namizədin kimliyini öyrənmək üçün AMEA-nın sözügedən institutu ilə əlaqə saxladıq.

İnstitutdan AzVision.az-a bildirilib ki, elmi müəssisələrin direktorları vəzifəsinə seçkilərdə iştirakı üçün AMEA Mexanika və Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanovun namizədliyi yekdilliklə qəbul olunub.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti