Bu gün onların peşə bayramıdır

Bu gün onların peşə bayramıdır
  11 Fevral 2014    Oxunub:928
Bu gün - 11 fevral vergi işçilərinin peşə bayramı günüdür.
AzVision.az xəbər verir ki, 1 fevral 2005-ci il tarixdə prezident İlham Əliyev vergi işçiləri gününün təsis edilməsi haqqda sərəncam imzalayıb. Sərəncama əsasən, hər il fevral ayının 11-i tarixi “Vergi işçilərinin peşə bayramı günü” kimi qeyd edilir.

Bu barədə Nazirlik öz rəsmi səhifəsində də yazıb:
`Bu gün peşə bayramımızdır! Biz isə lap əvvəldən başlamaq istədik.
Son 20 ildə ölkəmiz vaxt itirməyərək Azərbaycan ictimayyətinin birləşdirilməsi, iqtisadiyyatın sabitləşdirilməsi, dövlət sistemlərinin qurulması kimi vacib məsələlərin həllinə nail oldu! Makroiqtisadi sabitlik üzrə beynəlxalq reytinqlərdə dövlətimiz aparıcı yerlərdən birini tutdu! Bu gün biz, çoxşahəli marşrutlarla qərb bazarlarına enerji daşıyıcıları çatdırmaqla Avropanın enerji təhlükəsizliyini təmin edirik!

Bu gün biz fərəh hissi ilə deyə bilərik ki, bütün əsas məqsədlərə nail olduq!Ölkə olaraq əldə edilən nailiyyətlərə Vergilər Nazirliyi olaraq qatqımızı yüksək dəyərləndirən, bizimlə bu yolda uğurla addımlayan vergi ödəyicilərimiz! Mahiyyəti etibarilə müasir dövr üçün qarşımıza qoyduğumuz prinsipal şərtlər təkcə dövlət xəzinəsinin dоldurulması üçün yоx, həm də istehsalın və istehsalçıların iş fəaliyyətinin, ictimai istehsalın tənzimlənməsi üçün də mühüm əhəmiyyət kəsb etdiyi üçün ilk növbədə Sizi nəzərə aldıq! Hazırda tətbiq edilən Vergi Məcəlləsi vergi sistemin təkmilləşdirmək, vergilərin legitimliyinin əsas məsələlərini tənzimləmək, vergi hüququnun başlıca prоblemlərinin həllinə kоmpleks yanaşmanı təmin etmək ücün sistemləşdirilmiş qanunvericilik funsiyasını lazımi dərəcədə yerinə yetirsə də, biz yenə də təkmilləşdirilməli sahələri prioritet olaraq görürük. Bütöv, müstəqil və iqtisadiyyatı güclü, azadlığı əbədi AZƏRBAYCAN üçün daha neçə belə illərə!`


Teqlər:





Xəbər lenti