Türkiyədə rüşvət əməliyyatında yeni gəlişmə

Türkiyədə rüşvət əməliyyatında yeni gəlişmə
  10 Fevral 2014    Oxunub:978
İstanbul Baş prokurorluğu 17 dekabr əməliyyatında şübhəli bilinənlərlə bağlı ədliyyə nəzarəti və xaricə çıxışla bağlı qadağaları ləğv edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş prokuror Ekrem Aydıner həbs olunmayan şübhəlilərlə bağlı prokurorluq tərəfindən qoyulan qadağaları aradan qaldırıb. O, bunun səbəbini kifayət qədər dəlilin olmamağı ilə izah edib.

Prokuror həmçnin əmanət bürosuna göstəriş verib ki, şübhəlilərldən alınan bütün telefon cihazları şəxsən onların özünə geri qaytarılsın. Başda iş adamı Əli Ağaoğlu olmaqla bir çox şübhəli telefonlarını geri götürüb.

Qeyd edək ki, ötən il dekabrın 17-də keçirilən rüşvət və qaçaqmalıçılıqla bağlı əməliyyatda bir çox iş adamı və bir neçə nazirin oğlu şübhəli kimi saxlanılmışdı. Onların arasında iş adamları Əli Ağaoğlu, Rza Zərrab və nazirlərdən, keçmiş daxili işlər naziri Müəmmar Gülərin oğlu Barış Gülər, “Halkbankın” keçmiş müdiri Süleyman Aslan var idi.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti