Ramin Quluzadə Britaniya səfiri ilə görüşdü

Ramin Quluzadə Britaniya səfiri ilə görüşdü
  01 Dekabr 2020    Oxunub:1154
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp arasında görüş keçirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Azərbaycanın bir çox beynəlxalq layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu vurğulayan nazir ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə səfirə məlumat verib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş tutan görüşdə ölkələrimiz arasında nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: NRYTN   Nazir   Səfir  





Xəbər lenti