BDU-da qovulan tələbə ilə bağlı komissiya yaradıldı

BDU-da qovulan tələbə ilə bağlı komissiya yaradıldı
  30 Noyabr 2020    Oxunub:2036
Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu Bakı Dövlət Universiteti tərəfindən verilmiş müvafiq əmrlə 23 noyabr 2020-ci il tarixindən universitet tələbələri sırasından xaric edilib.
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva Azvision.az -a bildirib ki, Pərviz Əlipənah oğlu Məhəmmədov Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə ərizə ilə müraciət edərək bu əmrə yenidən baxılmasını xahiş edib.

"Bununla əlaqədar BDU rektorunun müvafiq əmri ilə komissiya yaradılıb. Komissiyanın qərarına 30 noyabr 2020-ci il tarixdə keçiriləcək BDU Elmi Şurasında baxılaraq müvafiq qərar qəbul ediləcək".



Xatırladaq ki, tələbə Məhəmmədov Pərviz Əlipənah oğlu dövlət bayrağına qarşı təhqiramiz hərəkətlər etdiyinə görə BDU-dan xaric olunub.

Aytən Zəhra
Azvision.az


Teqlər: BDU   Tələbə  





Xəbər lenti