Bakıda yeni tikilən obyekt yanıb - YENİLƏNİB

Bakıda yeni tikilən obyekt yanıb -  YENİLƏNİB
  29 Noyabr 2020    Oxunub:2390
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğın təqribən 150 m² sahədə olub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

***
Bakının Nizami rayonunda yeni tikilmiş obyekt yanır.

Azvision.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Azvision.az


Teqlər: Yanğın  





Xəbər lenti