İrəvanda etirazçılar Rusiya səfirliyinə yürüş etdi

İrəvanda etirazçılar Rusiya səfirliyinə yürüş etdi
  29 Noyabr 2020    Oxunub:3199
Ermənistanın paytaxtı İrəvanda ölkə ziyalılarının iştirakilə etiraz aksiyası keçirilir.
Azvision.az xəbər verir ki, etirazçılar Azadlıq meydanından Rusiya səfirliyinə doğru yürüş ediblər. Onlar Rusiya hökumətindən əsir və itkin düşmüş hərbçilərin geri qaytarılması üçün kömək istəyiblər.

Qeyd edək ki, bir neçə gündür İrəvanda itkin düşən və əsir götürülən hərbçilərin ailələri hökumət əleyhinə etiraz aksiyaları keçirir. Aksiyaya müxalifət nümayəndələri ilə yanaşı ölkənin tanınmış şəxsləri və ziyalılar da qoşulub.

Azvision.az


Teqlər: Ermənistan   İrəvan   yürüş  





Xəbər lenti