“Gəncə və Bərdədə gördüyümüz səhnələr dəhşətli idi” - Fransalı jurnalist
Fransız jurnalist deyib ki, əslində, Dağlıq Qarabağda ermənilərin yaşadığı yer kiçik bir məkandır. Ancaq Azərbaycanda gördüyümüz müharibə dağıntıları daha dəhşətli idi. Onun sözlərinə görə, cənub istiqamətində işğaldan azad edilən 4 rayonda Birinci Qarabağ müharibəsinin izləri hələ də qalmaqda idi. O vaxt bu rayonlarda erməni silahlı qüvvələri tərəfindən yüzlərlə ev dağıdılıb. Həmin rayonlarda uzun müddətdir – 1993-cü ildən bəri yaşayış yoxdur.
Jurnalist, həmçinin qeyd edib ki, Qarabağ müharibəsi dini xarakter daşımır. Bu, ərazi münaqişəsidir.
Çıxışı zamanı müxbir dəfələrlə Gəncədə yaşayış massivinin raket atəşinə tutulmasına qayıdaraq bunun dəhşətli olduğunu vurğulayıb. O, getdiyi rayonlarda qəbiristanlıqların dağıdılmasından, həmçinin Azərbaycanın dünyəvi dövlət olmasından da danışıb.
Bundan əlavə, müsahibəsində Reji Lö Somye Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasına dair BMT Təhlükəsizlik Şurasının qətnamələrindən söz açıb.
Azvision.az
Teqlər: Gəncə Bərdə Qarabağ Müharibə