Rusiyada gündəlik yoluxma sayı 26 mini ötdü

Rusiyada gündəlik yoluxma sayı 26 mini ötdü
  29 Noyabr 2020    Oxunub:1613
Rusiyada son sutka ərzində koronavirusa 26 683 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 269 316 nəfərə çatıb.

Rusiyada son sutkada 459 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 39 527 nəfərdir. İndiyədək 1 761 457 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az


Teqlər: Rusiya   virus  





Xəbər lenti