Elçin Quliyev vətəndaşlarla görüşüb

Elçin Quliyev vətəndaşlarla görüşüb
  07 Fevral 2014    Oxunub:1015
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayonlarının sakinləri ilə görüşüb.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, vətəndaşlarla regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini bütün dövlət qurumlarının əsas vəzifələrin­dən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikasının Pre­zidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev fevral ayının 6-da Göytəpə Sərhəd Dəstəsində Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayonlarının sakinlərini qəbul edib.

Qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial - məişət problemlərin həlli və digər məsələ­lərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilmiş, qaldırılan məsələlər Dövlət Sərhəd Xidmətinin aidiy­yəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araş­dı­rıl­mış­ və əksər məsələlər yerindəcə həllini tapmışdır. Digər müra­ciət­lərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün müvafiq struktur qurumların rəhbərlərinə konkret tapşı­rıq­lar verilib.

Dövlət Sərhəd Xidmətinin səlahiyətlərinə aid olmayan müra­ciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxılmasının təşkili üçün nəzarətə götürülüb.

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqan­la­rı­ rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətən­daş­la­rın­ qəbu­lu­nun­­ təşkilindən razılıqlarını bildirmiş, yaradılan şəraitə görə ölkə­ başçısına minnətdarlıq ediblər.


Teqlər:





Xəbər lenti