Ərdoğan PKK-ya söz verdi

Ərdoğan PKK-ya söz verdi
  22 Mart 2013    Oxunub:1346
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan PKK qruplaşması ilə sülhün bütün regiona xeyir verəcəyini bildirib.
"Diyarbakırda keçirilmiş bugünkü mitinqi yaxşı siqnal kimi qiymətləndirmək olar. Amma o ki, onun iştirakçıları Türkiyənin heç bir bayrağı gətirmədilər, bu mitinqin ruhuna ziddir", - Ərdoğan deyib.

Diyarbakır şəhərində keçirilmiş nümayişdə PKK başçısı Abdulla Öcalanın müraciəti oxunub. Öcalan müraciətində qruplaşmanın üzvlərini təslim olmağa, ölkənin ərazisindən döyüş dəstələrini çıxarmağa və çoxillik münaqişənin nizama salması üzrə sülh danışıqlarına başlamağa çağıb.

Türkiyənin baş nazirinin sözlərinə görə, o müsbət nəticələr gözləyir. "Aydlndlr ki, PKK-çılar təslim olmalıdır və Türkiyənin ərazisini tərk etməlidirlər. Biz bu mitinqi yüksək qiymətləndiririk, amma hər şey sonrakı hadisələrdən asılıdır. Biz əminik ki, pozitiv dəyişikliklər olacaqsa, onda bu proses bütün regiona xeyir gətirəcək", - Ərdoğan deyib.

Türkiyə hökumətinin başçısı əlavə edib ki, Türkiyə ordusu PKK-çıların təslim olmasından sonra onlara qarşı bütün döyüş əməliyyatlarını dayandırılacaq.


Teqlər:  





Xəbər lenti