Günel: `Rza hara, biz hara...`

Günel: `Rza hara, biz hara...`
  06 Fevral 2014    Oxunub:2067
Azəri qızı Günelin iddia olunan keçmiş sevgilisi Rza Zərrab tərəfindən məhkəməyə verilməsinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, müğənni bu haqda sosial şəbəkədə
“Musiqi olsun, sevgi olsun. Mənasız söhbətlərə əhəmiyyət verməyək. Onlar həqiqəti əks etdirmir. Sizi sevirəm, hər kəsə təşəkkür edirəm” deyə paylaşım edib.

Qeyd edək ki, daha əvvəl Türkiyədə yaşayıb fəaliyyət göztərən Günel Zeynalovanın həbs olunması barədə sənətçinin atası anspress-ə açıqlama verib. Rəhman Zeynalov bildirib ki, bu cür söz-söhbətlərin əsası yoxdur.

“Həbs nədir axı, səhər-səhər yatmışıq, hər kəs zəng vurub bizi axtarır. Kim bu xəbərləri çıxardır - xəbərimiz yoxdur, qardaşım səhər tezdən bizə xəbər verib ki, belə bir söz-söhbət yayılıb. İki gündür Bakıdan qayıtmışıq, albom hazırlığı ilə məşğuluq", - deyə Günelin atası bildirib.

Rəhman Zeynalov qeyd edib ki, Türkiyə mətbuatında yazıldığı kimi məhkəmə belə olmayıb. Bunlar hamısı 5 il əvvəl baş verən söhbətlərdir: ”Bu, 5 il bundan qabaq gedən məsələdir, o vaxt bizə şər atmışdılar. Rza hara, biz hara, hamısı boş söhbətlərdir. O vaxt Günel Rza Zərrabın sürücüsünə demişdi ki, "get patronuna de, məndən əl çəksin, yoxsa başına limon sıxaram" (gülür). Onu da o mənada deyib ki, yəni turşuyarsan, məndən uzaq gəz”.

Atası bildirib ki, Günel gələn həftə türk müğənni Gülbən Ərgənin proqramının qonağı olacaq və ona hazırlaşılr.

“Mən özüm Türkiyə mediası ilə əlaqə saxlayıb məsələni araşdıracam, nəyə görə bunu yazıblar".

Xatırladaq ki, gecə Türkiyə mətbuatında Günel Zeynalovanın iddia olunan eks sevgilisi Rza Zərrabı “başından güllələyərəm” sözlərini deyərək ölümlə hədələdiyinə görə mühakimə olunduğu xəbəri yayılıb.

Məlumatda müğənniyə 6 ay azadlıqdan məhrumetmə cəzası verildiyi deyilirdi.


Teqlər:  





Xəbər lenti