Elçin Əmirbəyov Hindistan KİV-lərinə erməni təcavüzündən danışdı
Səssiz beynəlxalq ictimaiyyət tərəfindən cəzasız qaldığından sui-istifadə edərək, Ermənistan rəhbərliyi və işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı cinayətkar marionet rejimi, hərbi əməliyyatlar bərpa olunduqdan sonra 91 dinc Azərbaycan vətəndaşının ölümü və 400-dən çoxunun müxtəlif dərəcəli ağır yaralanması ilə nəticələnən hərbi cinayətlər, terror aktları və insanlığa qarşı cinayətlər törətməyə davam edir. E.Əmirbəyov vurğulayıb ki, “Smerç” yaylım atəşli raket sistemlərindən Bərdə və Tərtərin mülki əhalisinə raket zərbələri endirərkən, erməni tərəfi beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş kaset bombalardan istifadə edib, bu fakt Azərbaycan tərəfindən məlumatların toplanması və bütün hərbi cinayətlərin və Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının pozuntularının qeydə alınması üçün dəvət edilmiş “Amnesty International” və “Human Rights Watch” beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən təsdiqlənib. Birinci vitse-prezidentin köməkçisi, həmçinin Ermənistanın Bərdə, Tərtər və Goranboya raket hücumlarının ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən təşkil olunan iki ölkənin xarici işlər nazirlərinin Cenevrədəki görüşü ərəfəsində baş verdiyini və bunun təcavüzkar ölkənin həyasız riyakarlığını və xainliyini bir daha təsdiq etdiyini bildirib.
“Ermənistan baş naziri Paşinyanın məntiqsiz, gözlənilməz və bu səbəbdən də təhlükəli davranışı dinc mülki əhali də daxil olmaqla hər gün daha çox qurbanlara səbəb olur. Bu baxımdan beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın Azərbaycana təcavüzünün dayandırılmasına yönəlmiş səmərəli addımların mövcud olmaması halında, Bakının Ermənistanı sülhə məcbur etmək və əzəli Azərbaycan ərazilərinin işğalına son qoymaq üçün sentyabrın 27-i əks hücum çərçivəsində başlayan əməliyyatı ən qısa müddətdə başa çatdırmaq xaricində başqa yolu yoxdur”, - deyə, E.Əmirbəyov sözünə yekun vurub.
Azvision.az
Teqlər: ElçinƏmirbəyov