Şotlandiyada erməni terroruna etiraz edildi

Şotlandiyada erməni terroruna etiraz edildi
  01 Noyabr 2020    Oxunub:1432
Şotlandiyanın Aberdin şəhərində yaşayan azərbaycanlılar şəhərin mərkəzində yerləşən Saint Nicholas kilsəinin qarşısında icazəli aksiya keçirib.
Bu barədə Azvision.az -a Diaspora ilə iş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Aksiya iştirakçıları Gəncə və Bərdə şəhərlərində, eləcə də ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini pisləyiblər.

Aberdin şəhərində təhsil alan gənclərin və Azərbaycanlı icmasının təşəbbüsü ilə keçirilən aksiyada bildirilib ki, Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin və digər yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin davamıdır.

Həmvətənlərimiz beynəlxalq ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kassetli bombalar vasitəsi ilə Bərdə şəhərinin dinc əhalisini hədəf alınmasına biganə qalmamağa səsləyib. Aksiyada Gəncə və Bərdə terrorunun qurbanlarının xatirəsi yad edilib. Müxtəlif dillərdə “Qarabağ Azərbaycandır “Uşaq ölümünə son”, “Erməni terrorçuluğuna son!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.

Azvision.az


Teqlər: Terror   Etiraz  





Xəbər lenti