Ermənistanın hərbi itkiləri 2.7 milyard dollardan çoxdur

Ermənistanın hərbi itkiləri 2.7 milyard dollardan çoxdur
  31 Oktyabr 2020    Oxunub:1801
“Bu günə olan məlumata görə, 200-ə yaxın yaşayış məntəqəsi, yüksəkliklər Azərbaycan Ordusu tərəfindən azad edilib. Ermənistan ordusuna hərbi-texniki və sursat baxımından 2,7 milyard ABŞ dollarından yüksək dəyərdə ziyan vurulub”.
Azvision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlı bildirib ki, sentyabrın 27-dən başlayaraq oktyabrın 30-u saat 08:00-a qədər Ermənistan tərəfindən Azərbaycanın 182 yaşayış məntəqəsinə 27 mindən artıq mərmi və 218 raket zərbəsi endirilib.

"Deyilən müddət ərzində Azərbaycanın 91 mülki vətəndaşı həlak olub, 396 nəfər xəsarət alıb. 2442 obyekt, 92 çoxmənzilli binaya ziyan dəyib. Eyni zamanda 13 kommunikasiya infrastrukturu sıradan çıxıb və 17 dini obyekt, abidə, o cümlədən məscid və kilsəyə ziyan dəyib".

Azvision.az


Teqlər: Vüsal-Qasımlı  





Xəbər lenti