Erməni əsgər anaları övladlarını xəstəxana və morqda axtarır

Erməni əsgər anaları övladlarını xəstəxana və morqda axtarır
  31 Oktyabr 2020    Oxunub:2547
Müharibənin ilk günlərində “tezliklə Bakıda çay içəcəyik”, “Gəncəni da alacağıq”, “Düşməni Yevlaxa qədər qovmuşuq” kimi gülünc fikirlər səsləndirən ermənilər indi Azərbaycan Ordusunun gücü qarşısında tamamilə məğlub olmuş durumdadır.
Döyüş meydanında ard-arda ölümcül zərbələr alan Ermənistanın məmur və ziyalıları da artıq məğlubiyyətlərini etiraf etməyə başlayıblar. Belə nümunələrdən biri kimi İrəvan Dövlət Tibb Universitetinin aparat rəhbəri Şuşan Danielyanın “Facebook” paylaşımını göstərmək olar.

O, statusunda yazıb: "Universitet xəstəxanasında 10 gündən çox olardı ki, huşsuz və son dərəcə ağır vəziyyətdə olan bir əsgərimiz yatırdı. Dünən nəhayət ki, 10 gündür onun axtarışına çıxmış ana əsgər oğlunu tapa bildi. Ana xoşbəxtliyi sonsuzdur, gözləri xoşbəxtlikdən parlayırdı. Çünki oğlunu sağ tapmışdı. Amma 2 saat sonra oğlan öldü”.

İrəvanda tanınmış həkimlərdən olan Şuşanın məlum statusuna yazılan şərhlərdən məlum olur ki, Ermənistanda bir çox əsgər valideynləri övladlarından xəbər ala bilmir, özləri bir-bir xəstəxana və morqları gəzərək onları axtarırlar.

Qeyd edək ki, Ermənistan ordusu Azərbaycana qarşı döyüşlərdə xeyli itki verib. İşğalçı ölkə rəhbərliyi itkilərini öz xalqından gizlədərək ölənlərin yalnız bir qismini açıqlayıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: erməniəsgər  





Xəbər lenti