“Münaqişənin dondurulmuş kimi görünməsi həmsədrləri qane edirdi” - Prezident

 “Münaqişənin dondurulmuş kimi görünməsi həmsədrləri qane edirdi” -    Prezident
  31 Oktyabr 2020    Oxunub:2406
Həmsədrlər Ermənistana sanksiya tətbiq etmədilər. Mən bu məsələni dəfələrlə qaldırmışam. Ermənistana qarşı sanksiya tətbiq olunmalı idi, necə ki, Səddam Hüseyn Küveyti işğal edəndə İraqa qarşı dərhal ciddi sanksiyalar tətbiq edilmişdi. Əgər eyni sanksiyalar Ermənistana tətbiq olunsaydı, onlar qüvvələri geri çəkərdilər.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Almaniyanın ARD telekanalına müsahibəsində həmsədrlərin münaqişəyə yanaşmasını şərh edərkən bildirib.

Prezident mövzu ətrafında söhbəti davam etdirərək deyib: “Onlar hər zaman deyirdilər ki, hərbi həll yoxdur. Onlar bu vəziyyətin bu və ya digər dərəcədə eyni qaydada davam etməsini istəyirdilər. Düşünürəm ki, münaqişənin dondurulmuş kimi görünməsi onları qane edirdi. Onlar düşünürdülər ki, bu, həmişəlik dondurula bilər və onlar yalnız bəzi etimad yaratma tədbirləri, bəzi monitorinqlər barədə düşünməyə çalışırdılar ki, heç bir toqquşma olmasın. Amma onlar ATƏT-in qərarına uyğun olaraq öz mandatlarını icra etmədilər. Onlar Ermənistanı məcbur etməli idilər. Düşünürəm, bu ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki, o, ona qulaq asmalı olar. Lakin onlar etmədilər”.

Azvision.az



Teqlər: İlham-Əliyev   ATƏT  





Xəbər lenti