Rusiyalı politoloq: “Paşinyan Putin üçün persona non-qratadır” - EKSKLÜZİV

  Rusiyalı politoloq:  “Paşinyan Putin üçün persona non-qratadır” -  EKSKLÜZİV
  31 Oktyabr 2020    Oxunub:3747
Ermənistanın baş naziri Nikol Paşinyan sadəcə qorxu içindədir və Rusiyanın diqqətini cəlb etmək, heç olmasa hər hansı bir yardım və ya reaksiya almaq üçün nə edəcəyini bilmir. Lakin, onun bütün cəhdlərinin iflasa məhkum olduğunu düşünürəm. Paşinyan Putin üçün atrıq persona non-qrata oldu.
Bunu Azvision.az -a açıqlamasında rusiyalı politoloq Renat Savin deyib.

Onun sözlərinə görə, erməni ordusu indi praktik olaraq bütün mövqe döyüşlərində məğlub olub və əzilib, Paşinyan özü isə istiqamətini tamamilə itirib və edə biləcəyi tək şey çirkli təxribatlara əl atmaqdır.

"Əslində, erməni "liderinin" mahiyyəti budur - o, mahiyyət etibarilə bir küçə təxribatçısıdır və hakimiyyətə də bu şəkildə gəldi. Ancaq zaman dəyişdi.

İndi Paşinyan qorxmuş halda Azərbaycanın Ermənistanın sərhədlərinə yaxın olduğunu iddia edərək Putindən hərbi yardım istəyir. Yenə də guya Rusiya hərbi bazasının təhlükəsizliyi və Rusiya maraqları kimi məsələlər üzərində "böyük qardaş"ı cəlb etmək cəhdləri var.

Paşinyanın Kremldən xahişi praktik olaraq heç bir nəticə vermədi və indi o dərəcədə qorxur ki, Azərbaycanın Ermənistan ərazisində qisas alacağını düşünür. Ancaq qorxaq baş nazir günahlarını və bütün cinayətlərini bilir - Azərbaycan Gəncə və Bərdədə mülki şəxslərin ölümünə səbəb olan hücumları ona bağışlamayacaq. Buna görə cəzadan çox qorxur. İndi hər şey bir-birinə qarışdırıb - Paşinyanın Azərbaycan Ordusu qarşısındakı hiper qorxusu və Kremli Bakıya qarşı qoymaq cəhdi. Ancaq Paşinyanın mahnısı oxundu, günləri bitdi və hətta Rusiya onun tezliklə hakimiyyətdən getməsində maraqlıdır", - deyə Renat Savin vurğulayıb.

Azvision.az


Teqlər: RenatSavin   Paşinyan   Putin  





Xəbər lenti