İzmirdə yaralananların sayı 830 nəfəri keçdi

İzmirdə yaralananların sayı 830 nəfəri keçdi
  31 Oktyabr 2020    Oxunub:1735
Ötən gün İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində yaralananların sayı 831 nəfərə yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələdə həlak olanların sayı 25 nəfərdir. Ölü sayının artacağı istisna edilmir.

Xatırladaq ki, dünən Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul daxil olmaqla, Egey və Marmara bölgələrində də hiss edilib.

Azvision.az


Teqlər: Türkiyə   Zəlzələ   İzmir  





Xəbər lenti