Düşmən ordusunda atışma, ölənlər var

  29 Oktyabr 2020    Oxunub : 3006
 Düşmən ordusunda atışma, ölənlər var
Düşmənin 7-ci dağatıcı alayının mövqelərinə gətirilmiş könüllülərlə müqaviləli hərbi qulluqçular arasında baş verən mübahisə silahlı qarşıdurma ilə nəticələnib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var.

Xocavənd rayonunun Sos yaşayış məntəqəsi istiqamətində hərəkət edən şəxsi heyətin komandanlığa tabe olmaqdan və əmri yerinə yetirməkdən imtina edərək ərazini tərk etməsi barədə yuxarı komandanlığa məlumat verilib.

Həmin hərbi qulluqçuların yenidən mövqelərinə qaytarılması ilə bağlı görülən tədbirlər isə nəticəsiz qalıb.

Azvision.az

Teqlər: Qarabağ   Ermənistan