Erməni hərbçilər Qarabağa getməkdən imtina edib

   Erməni hərbçilər Qarabağa getməkdən imtina edib
  29 Oktyabr 2020    Oxunub:2136
Ermənistan silahlı qüvvələrinin 543-cü alayının hərbi qulluqçuları kütləvi şəkildə Dağlıq Qarabağa getməkdən imtina edib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, təcili olaraq hərbi hissəyə gələn hərbi prokurorluq əməkdaşları döyüşə getməkdən imtina edən hərbiçiləri həbslə hədələyərək onları istənilən döyüş tapşırığını yerinə yetirmələri barədə iltizam imzalamağa məcbur ediblər.

Oxşar hadisə Ermənistanın Koti yaşayış məntəqəsində dislokasiya edilən hərbi hissədə də baş verib. Burada xidmət edən hərbi qulluqçular döyüşə getməkdən imtina etdiklərinə görə hərbi polis tərəfindən həbs edilib.

Azvision.az


Teqlər: MN   Erməni   Hərbçi  





Xəbər lenti