XİN Avropa ölkələri ilə məsləhətləşmələr aparacaq

XİN Avropa ölkələri ilə məsləhətləşmələr aparacaq
  04 Fevral 2014    Oxunub:946
4-14 fevral tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Bolqarıstan və Almaniya Xarici İşlər Nazirlikləri arasında siyasi, Polşa Xarici İşlər Nazirliyi ilə isə siyasi və iqtisadi məsləhətləşmələr keçiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfini nazir müavini Xələf Xələfov təmsil edəcəkdir.

Polşa ilə keçiriləcək siyasi və iqtisadi məsləhətləşmələrdə AR İqtisadiyyat və Sənaye nazirinin müavini Niyazi Səfərov da iştirak edəcək.


Teqlər:





Xəbər lenti