Türkiyə və ABŞ rəsmiləri Qarabağı müzakirə etdi

  27 Oktyabr 2020    Oxunub : 2217
 Türkiyə və ABŞ rəsmiləri Qarabağı müzakirə etdi
Türkiyə Prezidentinin müşaviri İbrahim Kalınla ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O”Brayn arasında telefon danışığı olub.
Telefon danışığında Dağlıq Qarabağ münaqişəsi başda olmaqla Suriya və regional məsələlər, təhlükəsizlik üzrə əməkdaşlıq, ikitərəfli əlaqələr ətrafında müzakirələr aparılıb.

Söhbət əsnasında Qarabağ probleminin diplomatik yolla həllinin araşdırılmasının əhəmiyyətindən bəhs olunub, Ermənistan tərəfinin atəşkəsi pozması və mülki Azərbaycan əhalisini hədəf almaqla etdiyi hücumların beynəlxalq hüquqa zidd və qəbuledilməz olduğu vurğulanıb.

Həmçinin uzunmüddətli sülhün bərqərar olması üçün Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf ərazilərdən tamamilə çəkilməsi bir daha bildirilib.

Azərbaycanın ərazi bütünlüyünün bərpası istiqamətində beynəlxalq ictimaiyyətin BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarları çərçivəsində gerçək addımlar atmasının vacibliyi vurğulanıb.

Azvision.az

Teqlər: ABŞ   Türkiyə   İbrahim-Kalın