YAP Milli Məclisin adının dəyişdirilməsinə qarşı

YAP Milli Məclisin adının dəyişdirilməsinə qarşı
  04 Fevral 2014    Oxunub:873
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov həmkarı Zahid Orucun Milli Məclisin adının dəyişdirilməsi ilə bağlı səsləndirdiyi təklifə münasibət bildirib.

S. Novruzov AzVision.az-a açıqlamasında Milli Məclisin adının dəyişdirilməsinə ehtiyac olmadığını deyib:

“Hər bir millət vəkili Milli Məclisdə çıxış etmək, qanun layihəsi təqdim etmək hüququna malikdir. Dünyada qanunvericilik orqanının müxtəlif adları var, məsələn Türkiyədə Böyük Millət Məclisi, Amerikada Konqres, Senat, başqa-başqa ölkələrdə Parlament və bizdə də Milli Məclis adlandırılır. Yəni, bu qanunverici orqan bir adda ehtiva olunmur. Ola bilər hər kəsin bir istəyi, arzusu olsun. Bu təkliflərə hörmətlə yanaşmaq lazımdır. Amma Milli Məclis bu gün öz adını əhatə edir, həm milli, həm məclis, həm də ki təmsilçilik norması baxımından. Bu səbəbdən burada hər hansı bir dəyişikliyə öz tərəfimdən ehtiyac görmürəm”.

Qeyd edək ki, millət vəkili Zahid Oruc parlamentin dünənki iclasında Milli Məclisin adının dəyişib, Millət Məclisi olmağını təklif edib. Deputatın bu təklifi birmənalı qarşılanmayıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti