Nazirlikdən daha bir xəbərdarlıq - Saxta məktublar göndərilir

  26 Oktyabr 2020    Oxunub : 2075
   Nazirlikdən daha bir xəbərdarlıq    - Saxta məktublar göndərilir
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin kibermühitdə növbəti uğursuz təxribatını qeydə alıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, vətəndaşlara elektron poçt üzərindən göndərilən saxta məktublarda guya 01 noyabr 2020-ci il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin dayandırılacağı və fond vəsaitlərinin dövlətin hərbi ehtiyaclarına, düşmənin tam məğlubiyyətinə yönləndiriləcəyi qeyd olunur.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər.

Həmçinin bu kimi hallarla üzləşdiklərində, “1654” qaynar xətti, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər”.

Azvision.az

Teqlər: Nazirlik   Təhlükəsizlik