Ermənilər Daşkəsəni vurdu, yanğın baş verdi

  26 Oktyabr 2020    Oxunub : 2196
 Ermənilər Daşkəsəni vurdu, yanğın baş verdi
“Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycanın Daşkəsən rayonuna hücum ediblər”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Nəticədə yanğın ortaya çıxıb. Yanğınsöndürənlər yanğını söndürmək və Ermənistanın ekoloji terrorunu minimuma endirməyə çalışır. Xoşbəxtlikdən, dinc əhali arasında itkilər yoxdur”, - deyə Prezidentin köməkçisi qeyd edib.



Azvision.az

Teqlər: Hikmət-Hacıyev