Azyaşlını vurub qaçan sürücü saxlanıldı

  26 Oktyabr 2020    Oxunub : 1788
Azyaşlını vurub qaçan sürücü saxlanıldı
Göygöldə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oktyabrın 25-də saat 15 radələrində Göygöl şəhəri ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Üçtəpə kənd sakini 13 yaşlı S.Cəfərov vurulub.

Dərhal xəstəxanaya çatdırılan S.Cəfərova ilkin tibbi yardım göstərilib.

Göygöl rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2121” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini A.Əliyev müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN