“Makron başını itirib, yatıb-durur məndən danışır” - Ərdoğan

 “Makron başını itirib, yatıb-durur məndən danışır” -  Ərdoğan
  25 Oktyabr 2020    Oxunub:3171
"Fransa prezidentinin işi-gücü mənimlədir. Başını itirib. Yatıb-durur məndən danışır. Dünən də dedim, bu, yoluxma əlamətidir, onun müayinədən keçməsi lazımdır"
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatya vilayətində keçirilən toplantısında deyib.

"Suriyada zülm çəkən o qəriblərin imdadına kim çatır? Əlbəttə ki, Türkiyə. Dörd milyon qaçqını torpaqlarımızda yerləşdirməmişikmi? Bir o qədərinin də Suriyada eyni şəkildə qayğısına qalmırıqmı? Bunu görmək üçün sizin gözünüz yoxdur. Qulağınız var, ancaq eşitmir. Ağzınız var, ancaq haqqı demir. Milyonlarla məsum insanın yükünü çəkirik. Milli gəlirə görə ən çox humanitar yardım göstərən ölkələr sırasındayıq, bunun üçün peşman deyilik, əksinə minillik qardaşlığımız olan insanlara qucaq açmaqdan şərəf duyuruq.

Liviyada iftira və ittihamlarla bölgədən çıxarmağa çalışdılar. Ancaq oradakı qardaşlarımızın dəvəti ilə Liviyadayıq. Suriyada olmağımız üçün isə zalım Əsədin dəvətini gözləməyimizə gərək yoxdur".

Azvision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti